İlham Əliyev Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin açılışında iştirak etdi

saytların hazırlanması

Evə çatdırılma

İlham Əliyev Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin açılışında iştirak etdi

Siyasət

04 Mart 2020 23:58 634


Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev martın 4-də Müdafiə Nazirliyinin Ağstafada yeni inşa olunan "N" saylı hərbi hissəsinin açılışında iştirak edib. "Yeni Sabah" xəbər verir ki, Müdafiə naziri general-polkovnik Zakir Həsənov Prezident, Ali Baş Komandan İlham Əliyevə raport verib. Dövlət başçısı hərbi hissədə yaradılan şəraitlə tanış olub. Bildirilib ki, bu hərbi hissənin tikintisinə 2017-ci ilin noyabr ayında başlanıb və 2019-cu ilin sentyabrında inşaat işləri başa çatdırılıb. Ümumi sahəsi 10 hektar olan hərbi hissənin ərazisində bütün zəruri sosial infrastruktur yaradılıb. Hərbi hissənin idarə heyəti üçün burada qərargah binası - ideoloji otaq, brifinq, akt zalları və digər xidməti iş otaqları var. Hərbi hissədə Prezident, Ali Baş Komandan İlham Əliyevin, Müdafiə naziri, Baş qərargah rəisi və birlik komandirinin iştirakı ilə operativ müşavirə keçirilib. Sonra Prezident, Ali Baş Komandan İlham Əliyevə ən müasir yeni hərbi texnikalar təqdim olunub. Ali Baş Komandan mərkəzi, ehtiyat, səhra şəraitində yaradılmış Ön, Hərbi Hava, Hərbi Dəniz və Xüsusi Təyinatlı Qüvvələrin, eləcə də digər qoşun növlərinin idarəetmə məntəqələri ilə birbaşa əlaqə saxlayaraq məruzələri qəbul edib və irimiqyaslı komanda-qərargah təlimlərində iştirak edən qoşunlara müvafiq tapşırıqlar verib.
Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!