Prezident İlham Əliyev “Müstəqil Dövlətlər Birliyində malların mənşə ölkəsinin təyin edilməsi Qaydaları haqqında” 2009-cu il 20 noyabr tarixli Sazişdə dəyişikliklərin edilməsi barədə Protokolun təsdiq edilməsi haqqında Fərman imzalayıb.
Yenisabah.az xəbər verir ki, Fərmanla “Müstəqil Dövlətlər Birliyində malların mənşə ölkəsinin təyin edilməsi Qaydaları haqqında” 2009-cu il 20 noyabr tarixli Sazişdə dəyişikliklərin edilməsi barədə 2019-cu il mayın 31-də Aşqabad şəhərində Azərbaycan Respublikası Hökumətinin qeyd-şərtlə imzaladığı Protokol təsdiq edilib.
Azərbaycan Respublikasının Nazirlər Kabinetinə bu Fərmanın 1-ci hissəsində göstərilən Protokol qüvvəyə mindikdən sonra onun müddəalarının həyata keçirilməsi üçün tədbirlər görməsi tapşırılıb. pizza mizza
Telegram kanalımız