İlham Əliyev Nepal Prezidentini təbrik etdi

saytların hazırlanması

Evə çatdırılma

İlham Əliyev Nepal Prezidentini təbrik etdi

Siyasət

18 Sentyabr 2020 15:15 649


Prezident İlham Əliyev Nepal Federativ Demokratik Respublikasının Prezidenti Zati-aliləri xanım Bidhya Devi Bhandarini təbrik edib.

Yenisabah.az-ın xəbərinə görə, təbrikdə deyilir:

"Hörmətli xanım Prezident, Toyuqlu pizza

Nepal Federativ Demokratik Respublikasının milli bayramı - Konstitusiya Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Ölkələrimiz arasındakı ikitərəfli münasibətlərin, beynəlxalq təsisatlar, xüsusən də Qoşulmama Hərəkatı çərçivəsində əlaqələrin inkişafı üçün yaxşı imkanlar mövcuddur.

Bu xoş gündə Sizə ən xoş arzularımı yetirir, dost xalqınıza daim rifah və əmin-amanlıq arzulayıram".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!