İlham Əliyev Pezeşkianı təriflədi: İstedadlıdır

saytların hazırlanması

Evə çatdırılma

İlham Əliyev Pezeşkianı təriflədi: İstedadlıdır

Siyasət

27 Avqust 2025 10:59 445


Azərbaycan lideri İran prezidenti Məsud Pezeşkianla eyni dildə danışdıqlarını, tərcüməçiyə ehtiyaclarının olmadığını qeyd edib.

Yenisabah.az xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Səudiyyə Ərəbistanının “Əl-Ərəbiyyə” telekanalına müsahibəsində deyib.

Dövlət başçısı Pezeşkianı çox istedadlı insan kimi xarakterizə edib: Dördpendirli pizza

“İran prezidenti Azərbaycana səfər edib, əslində, iki dəfə səfər edib. Birincisi, rəsmi səfər idi, ikincisi isə Xankəndi şəhərində, azad edilmiş Qarabağda İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə görüşünə qatıldı. Biz onunla çox yaxşı işgüzar münasibətlər qurmuşuq.

Bəli, o, azərbaycanlıdır. O, mənim kimi eyni qanı daşıyır. Biz eyni dildə danışırıq. Tərcüməçiyə ehtiyacımız yoxdur. O, ictimai tədbirlərin birində Azərbaycan poeziyası ilə bağlı biliklərini nümayiş etdirdi və heç bir qeydə ehtiyacı yox idi. Çox istedadlı insandır”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!