İlham Əliyev Putinə zəng etdi -Koronavirus vaksini və Qarabağ məsələsi...

saytların hazırlanması

Evə çatdırılma

İlham Əliyev Putinə zəng etdi -Koronavirus vaksini və Qarabağ məsələsi...

Siyasət

13 Avqust 2020 07:59 926


Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub. Danışıq əsnasında Əliyev Putini koronavirusa qarşı Rusiya peyvəndinin qeydiyyata alınması münasibətilə təbrik edib.

Bu barədə Kremlin mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, telefon danışığı Azərbaycan tərəfinin təşəbbüsü ilə baş tutub.

“İkitərəfli gündəliyin aktual mövzuları müzakirə edilib. Rusiya-Azərbaycan tərəfdaşlığının bütün sahələrdə daha da möhkəmlənməsinə qarşılıqlı münasibət təsdiqlənib. İ.H.Əliyev V.V.Putini koronavirus infeksiyasından Rusiya vaksininin qeydiyyata alınması münasibətilə təbrik edib”, - məlumatda bildirilib. Marqarita pizza

Liderlər, həmçinin iyulda Azərbaycan-Ermənistan dövlət sərhədində vəziyyətin gərginləşməsi kontekstində regional problematikaya dair fikir mübadiləsi aparıblar. Putin gərginliyin artmasına səbəb olan istənilən hərəkətə yol verilməməsinin vacibliyini vurğulayıb./ Virtualaz.org

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!