İlham Əliyev qazaxıstanlı həmkarını təbrik etdi

saytların hazırlanması

Evə çatdırılma

İlham Əliyev qazaxıstanlı həmkarını təbrik etdi

Siyasət

14 Dekabr 2019 13:37 788


Prezident İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevə təbrik məktubu ünvanlayıb. 

"Yeni Sabah" xəbər verir ki, təbrik mətnində deyilir: 

"Hörmətli Kasım-Jomart Kemeleviç, Dördpendirli pizza

Qazaxıstan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

Qardaş Qazaxıstan müstəqillik illərində dinamik və hərtərəfli inkişaf yolu keçərək həyatın bütün sahələrində mühüm nailiyyətlər əldə etmiş, beynəlxalq aləmdə yüksək nüfuz qazanmışdır.

Əminəm ki, xalqlarımızın iradəsindən qaynaqlanan dövlətlərarası münasibətlərimizin hazırkı yüksək səviyyəsi, strateji tərəfdaşlığımız bundan sonra da əməkdaşlığımızın bütün sahələrdə müvəffəqiyyətlə davam etdirilməsi üçün geniş imkanlar açacaqdır.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş Qazaxıstan xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!