İlham Əliyev Quba-Qonaqkənd avtomobil yolunun açılışını etdi - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

İlham Əliyev Quba-Qonaqkənd avtomobil yolunun açılışını etdi - Fotolar

Rəsmi

06 Dekabr 2021 20:20 917


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 6-da Quba-Qonaqkənd avtomobil yolunun açılışını edib.

Yenisabah.az xəbər verir ki, 46 kilometrlik Quba-Qonaqkənd avtomobil yolunun istismara verilməsi ilə 68 min nəfərin rahat gediş-gəlişi təmin olunur.

Bu yol uzun illər əsaslı təmir olunmadığı üçün hərəkət hissəsində qabarmalar, çalalar əmələ gəlmişdi. Bu isə yolda nəqliyyatın hərəkətini çətinləşdirirdi. pizza

Qeyd edək ki, ərazinin özünəməxsus relyefi tikinti işlərinin gedişinə də birbaşa təsir göstərib. Bəzi yerlərdə dağ yamaclarının qaya süxurları kəsilib, qrunt sularının axıdılması təmin edilib. Bir sözlə, dövlətimizin başçısının sərəncamı ilə vətəndaşların rahatlığının təmin olunması üçün çox əhəmiyyətli işlər görülüb.

Onu da deyək ki, Quba-Qonaqkənd yolunun yenidən qurulması həm də əhalinin tədarük etdiyi kənd təsərrüfatı məhsullarını, meyvə-tərəvəzi qısa vaxtda istədikləri ünvana çatdırmağa imkan yaradır, həmçinin turizm imkanlarını daha da genişləndirir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!