İlham Əliyev Rumıniya prezidentini təbrik etdi

saytların hazırlanması

Evə çatdırılma

İlham Əliyev Rumıniya prezidentini təbrik etdi

Siyasət

01 Dekabr 2024 11:12 725


Azərbaycan Prezidenti İlham Əliyev Rumıniya Prezidenti Klaus Verner İohannisi təbrik edib.

Yenisabah.az xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli cənab Prezident, Dördpendirli pizza

Rumıniyanın milli bayramı münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir və ən xoş arzularımı çatdırıram.

Azərbaycan ilə Rumıniyanı ənənəvi dostluq və əməkdaşlıq münasibətləri birləşdirir. Siyasi, iqtisadi və mədəni sahələrdə qarşılıqlı faydalı əməkdaşlığımız dövlətlərarası əlaqələrimizin dinamik inkişafını şərtləndirən amillərdəndir.

Hazırda bir sıra sahələrdə tərəfdaşlığımızın daha da inkişaf etdirilməsi üçün əlverişli şərait mövcuddur. İnanıram ki, Azərbaycan ilə Rumıniya arasında istər ikitərəfli qaydada, istərsə də çoxtərəfli müstəvilərdə əməkdaşlıq əlaqələri bundan sonra da xalqlarımızın və ölkələrimizin rifahına xidmət edəcəkdir.

Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost Rumıniya xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!