İlham Əliyev Şimali Makedoniyalı həmkarına məktub göndərdi

saytların hazırlanması

Evə çatdırılma

İlham Əliyev Şimali Makedoniyalı həmkarına məktub göndərdi

Siyasət

07 Sentyabr 2020 16:17 694


Prezident İlham Əliyev Şimali Makedoniya Respublikasının Prezidenti Zati-aliləri cənab Stevo Pendarovskiyə təbrik məktubu göndərib.

Modern.az xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli cənab Prezident, Dördpendirli pizza

Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

İnanıram ki, Azərbaycan ilə Şimali Makedoniya arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.

Bu bayram günündə Sizə ən xoş arzularımı yetirir, dost xalqınıza daim rifah diləyirəm".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!