İlham Əliyev Sumqayıtda səfərdədir - Yenilənib

saytların hazırlanması

Evə çatdırılma

İlham Əliyev Sumqayıtda səfərdədir - Yenilənib

Sosial

21 Noyabr 2019 11:49 1110


İlham Əliyev daha sonra Sumqayıt Dövlət Dram Teatrında şəhərin 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib. 

Dövlət başçısı tədbirdə geniş nitq söyləyib.

Sonra Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, “Şöhrət” ordenli Əməkdar müəllim Ofeliya Babayeva, “Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin direktoru Nazim Talıbov, 1 nömrəli poliklinikanın baş həkimi Arzu Bəndəliyeva, Əməkdar inşaatçı Maqsud Maqsudov, Sumqayıt Dövlət Dram Teatrının aktyoru Cəlal Məmmədov çıxış ediblər. pizza sifarişi

Prezident Sumqayıtda “Nizami” kinoteatrının yeni binasının açılışında da iştirak edib.

Dövlət başçısı kinoteatrın binasının rəmzi açılışını bildirən lenti kəsib.

İlham Əliyev eyni zamanda şəhərdə Muğam Mərkəzinin rəmzi açılışını bildirən lenti kəsib, burada yaradılan şəraitlə tanış olub.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 21-də Sumqayıt şəhərində səfərdə olub.

"Yeni Sabah" xəbər verir ki, dövlətimizin başçısı ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət etdi, önünə gül dəstəsi qoydu.

Şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcov Sumqayıtda görülən işlər haqqında məlumat verdi.

Prezident İlham Əliyev müvafiq tapşırıqlarını verdi.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!