İlham Əliyev Suriya prezidentinə məktub göndərdi

saytların hazırlanması

Evə çatdırılma

İlham Əliyev Suriya prezidentinə məktub göndərdi

Siyasət

14 Fevral 2025 19:13 210


Azərbaycan Prezidenti İlham Əliyev Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd əl-Şaraaya məktub göndərib.

Yenisabah.az xəbər verir ki, məktubda deyilir:

"Hörmətli cənab Prezident, Toyuqlu pizza

Suriya Ərəb Respublikasının keçid dövrü Prezidentinin vəzifəsinin icrasına başlamağınız münasibətilə Sizi təbrik edir, xalqınızın rifahı naminə məsul fəaliyyətinizdə uğurlar arzulayıram.

Biz Azərbaycan ilə Suriya arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsinə böyük önəm veririk. Azərbaycan ölkənizin bu mühüm keçid dövründə lazımi dəstək və yardım göstərməyə hazırdır.

Bu gün Azərbaycan-Suriya münasibətlərinin keyfiyyətcə yeni səviyyəyə yüksəlməsi və əməkdaşlığımızın yeni məzmunla zənginləşdirilməsi üçün yaxşı imkanlar yaranmışdır. Bu xüsusda, fürsətdən istifadə edərək Sizi Azərbaycana səfərə dəvət edirəm.

Sizə ən xoş arzularımı çatdırır, dost Suriya xalqına sülh, əmin-amanlıq və firavanlıq arzulayıram".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!