Prezident Tovuza səfər edib

saytların hazırlanması

Evə çatdırılma

Prezident Tovuza səfər edib

Siyasət

04 Mart 2020 23:43 545


Prezident İlham Əliyev martın 4-də Tovuz rayonunda da səfərdə olub. "Yeni Sabah" xəbər verir ki, dövlətimizin başçısı səfər çərçivəsində ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, "Azərxalça" ASC-nin Tovuz filialının fəaliyyəti ilə tanış olub, Azərbaycan Aşıq Sənəti Dövlət Muzeyinin, Tarix-Diyarşünaslıq Muzeyinin, Dövlət Rəmzləri Muzeyinin, "ASAN Həyat" kompleksinin və Qovlar–Əyyublu–Alakol–İbrahimhacılı–Yanıqlı–Ağacqala–Qoçdərə–Çobansığnaq–Yoğunbulaq–Sarıtala avtomobil yolunun açılışlarında iştirak edib. Prezident İlham Əliyevin Tovuz rayonuna səfərindən geniş hesabat martın 5-də oxuculara təqdim olunacaq.
Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!