İlham Əliyev Türkiyəyə səfər edəcək

saytların hazırlanması

Evə çatdırılma

İlham Əliyev Türkiyəyə səfər edəcək

Siyasət

10 İyun 2024 00:22 670


Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə iyunun 10-da Türkiyəyə səfər edəcək.

Yenisabah.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyası məlumat verib.

Məlumata görə, Azərbaycan dövlət başçısı qardaş ölkəyə işgüzar səfər edəcək. Pepperoni pizza

Ankarada keçiriləcək danışıqlarda Türkiyə ilə Azərbaycan arasında ikitərəfli münasibətlər bütün aspektləri ilə nəzərdən keçiriləcək, əməkdaşlığın daha da dərinləşdirilməsi üçün atılacaq addımlar müzakirə olunacaq.

Görüşlərdə ikitərəfli əlaqələrlə yanaşı, aktual regional və qlobal problemlər ətrafında fikir mübadiləsi aparılacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!