İlham Əliyev üçün əsas məsələ...

saytların hazırlanması

Evə çatdırılma

İlham Əliyev üçün əsas məsələ...

İqtisadiyyat

22 İyun 2019 05:38 1263


“Prezident İlham Əliyevin minimum əməkhaqqının 250 manata çatdırılması ilə bağlı imzaladığı sərəncam sosial islahatlarda yeni bir mərhələ kimi qiymətləndirilməlidir. Bu, eyni zamanda, 600 mindən çox vətəndaşı əhatə etməklə yanaşı, minimum əməkhaqqı ilə orta aylıq əməkhaqqı arasındakı fərqin beynəlxalq standartlara yaxınlaşmasına xidmət edəcək”.

“Yeni Sabah” xəbər verir ki, bunu iqtisadçı ekspert Vüqar Bayramov deyib. O, bildirib ki, minimum əməkhaqqının artırılması nisbətən az əməkhaqqı alan və daha çox sosial təminata ehtiyacı olan vətəndaşların sosial vəziyyətinə müsbət təsir göstərəcək. Praktik olaraq bu, həm dövlət, həm özəl sektorda minimum əməkhaqqı səviyyəsində əməkhaqqı alan vətəndaşların gəlirlərinin artmasına imkan verəcək. 

“Təbii ki, bu da birmənalı şəkildə həmin vətəndaşların sosial vəziyyətinin və sosial müdafiəsinin yaxşılaşdırılması baxımından çox önəmlidir. Dominos pizza

Minimum əməkhaqqının artırılması ilə bağlı qərar ölkəmizdə iqtisadi və sosial islahatlarla bağlı siyasətin davamlı olduğunu bir daha təsdiqləyir. Ölkə əhalisinin sosial vəziyyətinin daha da yaxşılaşdırılması, sosial paket dövlətimizin başçısının diqqət mərkəzindədir. Həmin qərar, həmçinin sosial sferada dövlət siyasətindən faydalananların sayının artmasına səbəb olacaq. Bundan dövlət sektoru ilə yanaşı, özəl sektorda çalışanlar da faydalana biləcək. Bu kontekstdən mülkiyyət növündən asılı olmayaraq fərqli sektorlarda çalışanlar sözügedən qərardan faydalanmış olacaqlar. Həmin qərar sosial təminatın gücləndirilməsi istiqamətində atılmış ciddi addımlardandır. 

Bütün bunlar isə bir daha təsdiq edir ki, əhalinin sosial müdafiəsinin gücləndirilməsi ölkəmizin başçısı üçün prioritet məsələlərdəndir. 2019-cu ildə minimum əməkhaqqının artırılması da birmənalı şəkildə bundan xəbər verir”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!