Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 17-də Ukraynanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Vladislav Kanevskinin etimadnaməsini qəbul edib.
Azərbaycan Prezidentinin Mətbuat Xidmətindən “Yeni Sabah”a verilən məlumata görə, səfir Vladislav Kanevski fəxri qarovul dəstəsinin qarşısından keçib.
Vladislav Kanevski etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib. pizza hut
Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət edib.
Söhbət zamanı Azərbaycan-Ukrayna münasibətlərinin müxtəlif aspektləri, o cümlədən ticarət dövriyyəsi, iqtisadi əməkdaşlıq, sərmayə qoyuluşu, mədəni əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Səfir əminliyini ifadə etdi ki, ölkəmizdəki diplomatik fəaliyyəti dövründə Ukrayna-Azərbaycan əlaqələrinin inkişafı istiqamətində səylərini əsirgəməyəcək.
Telegram kanalımız