İlham Əliyev Vasif Talıbova “Şərəf” ordenini təqdim etdi - Foto

saytların hazırlanması

Evə çatdırılma

İlham Əliyev Vasif Talıbova “Şərəf” ordenini təqdim etdi - Foto

Siyasət

04 Fevral 2020 11:25 1025


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 4-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib.

"Yeni Sabah" xəbər verir ki, Vasif Talıbov Naxçıvan Muxtar Respublikasında görülən işlər barədə dövlət başçısına məruzə edib.

O, 2019-cu ildə Naxçıvanda sosial-iqtisadi, kənd təsərrüfatı, tikinti, turizm və digər sahələrdə qazanılan uğurlardan danışıb və bütün bu uğurların əldə olunmasında Prezident İlham Əliyevin göstərdiyi diqqət və qayğını dərin minnətdarlıq hissi ilə qeyd edib. Toyuqlu pizza

Prezident İlham Əliyev Naxçıvanda 2019-cu ildə əldə olunmuş uğurlar münasibətilə Vasif Talıbovu təbrik edib. Dövlət başçısı Naxçıvan Muxtar Respublikasının inkişafı və təhlükəsizliyi məsələlərinin daim onun diqqət mərkəzində olduğunu vurğulayaraq prezidentlik dövründə 14 dəfə Naxçıvana səfər etməsini bu diqqətin təzahürü kimi dəyərləndirib.

Bu ilin yanvar ayında Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Vasif Talıbov 60 illik yubileyi münasibətilə “Şərəf” ordeni ilə təltif edilib. Bu gün Prezident İlham Əliyev “Şərəf” ordenini Vasif Talıbova təqdim edib.

Vasif Talıbov onun fəaliyyətinə verilən yüksək qiymətə görə dövlət başçısına minnətdarlığını bildirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!