İlham Əliyev və Mehriban Əliyeva Romada Nizami Gəncəvinin abidəsini ziyarət etdi - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

İlham Əliyev və Mehriban Əliyeva Romada Nizami Gəncəvinin abidəsini ziyarət etdi - Fotolar

Siyasət

19 Fevral 2020 18:05 389


Prezident İlham Əliyev fevralın 19-da Romadakı məşhur "Villa Borghese" parkında dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin abidəsini ziyarət edib. "Yeni Sabah" xəbər verir ki, Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva abidənin önünə gül dəstələri qoyublar. Qeyd edək ki, bu abidə "Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 870 illik yubileyinin keçirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 dekabr tarixli sərəncamına əsasən ucaldılıb. Həmin sərəncama əsasən Nizami Gəncəvinin yubileyinə həsr edilmiş silsilə tədbirlər çərçivəsində Heydər Əliyev Fondunun dəstəyi ilə 2012-ci ilin aprelində abidənin açılışı olub. https://cdn.yenisabah.az/files/97abf42e-7501-4041-8192-631b0c4d1985.jpg https://cdn.yenisabah.az/files/b712e174-6687-4908-9c85-a531cf145761.jpg
Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!