İlham Əliyev və Mehriban Əliyeva Silahlı Qüvvələrə Yardım Fonduna ianə etdi

saytların hazırlanması

Evə çatdırılma

İlham Əliyev və Mehriban Əliyeva Silahlı Qüvvələrə Yardım Fonduna ianə etdi

Siyasət

03 Oktyabr 2020 11:05 1560


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna ianə edib.

Yenisabah.az xəbər verir ki, APA-nın məlumatına görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva bir aylıq əməkhaqqı məbləğində vəsaiti Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna ianə edib.

Qeyd edək ki, Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fondu Prezident Heydər Əliyevin 17 avqust 2002-ci il tarixli Fərmanı ilə yaradılıb. Fond Azərbaycan Respublikası Silahlı Qüvvələrinin inkişafı və maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədi ilə formalaşıb. Dördpendirli pizza

Fondun əsasnaməsinə əsasən, Silahlı Qüvvələrin maddi-texniki və sosial bazasının möhkəmləndirilməsinə maliyyə köməkliyi məqsədi ilə Azərbaycan ərazisində fəaliyyət göstərən hüquqi və fiziki şəxslər könüllü ödəmələr həyata keçirə bilər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!