"Türksoylu dövlətlərin birliyi post-pandemiya dövrünə hazırlaşmalıdır".
Yenisabah.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib. Onun sözlərinə görə, Azərbaycan prezidenti İlham Əliyevin təşəbbüsü ilə koronovirus pandemiyası ilə əlaqədar Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının fövqəladə Zirvə görüşünün keçirilməsi türksoylu dövlətlərin siyasi birlik nümayişinin bariz nümunəsidir. Bu onu göstərir ki, artıq Türk dövlətləri ən çətin məqamda bir yerə gəlmək və ortaq qərarlar qəbul etmək iqtidarındadır:
"Rəsmi Bakının çağırışı ilə belə bir fövqəladə video konfrans baş tutursa, demək təşkilat daxilində koordinasiya , birlik və əməkdaşlıq yüksək səviyyədədir. Bu Türk Dövlətlərinin Əməkdaşlıq Şurasının yaradılmasında və inkişaf etdirlməsində Azərbaycan və Türkiyənin rolu xüsusi əhəmiyyət kəsb edir. Koronovirus pandemiyasından sonra şuranın siyasi-iqtisadi birlik modeli çərçivəsində inteqrasiyası labüd olmalıdır. Üzv dövlətlər birbirlərinin üzləşdiyi problemlərə qarşı birlik nümayiş etdirib dəstək verməsi istiqamətində bir mexanizm formalaşdırmalıdır. Bu xüsusda Azərbaycan təkliflər və mexanizmlər hazırlamalıdır. Post-pandemiya dövründə yeni dünyanın siyasi nizamı formalaşacaq, bu birliyin effektli şəkildə çalışması üçün indidən işlər görülməlidir. Türk dövlətlərini bir-birinə birləşdirən yol Azərbaycandan keçir. Dövlət başçısı İlham Əliyev və Qazaxısatın lideri Nursultan Nazarbayev birliyin güclənməsində şəxsi təşəbbüslərini əsirgəməyiblər". pizza
Məhəmməd Əsədullazadə qeyd edib ki, Azərbaycanın işğal olunmuş əraziləri ilə bağlı Türkiyə, Qazaxıstan daha çox ölkəmizə dəstək verir: "Artıq Əməkdaşlıq Şurasının ortaq bir siyasi mövqeyi lazımdır. Azərbaycanın işğal olunmuş ərazilərində keçirilmiş qondarma seçkilərlə bağlı Orta Asiya Türk dövlətlərinin mövqeyi olmadı. Halbuki bu təşkilat çərçivəsində ciddi iş aparılmalı idi, Türk dövlətləri ciddi şəkildə Ermənistana xəbərdarlıq bir bəyanatı verməli idilər. Görünür, Azərbaycan XİN-i hələki bu istiqamətdə çox zəif çalışır. Azərbaycan və Türkiyə Türk dövlətlərini bu istiqamətdə yönləndirməli, hətta Ermənistana iqtisadi sanksiyaların tətbiq olunmasına çalışılmalıdır. Əgər Türk dövlətləri birlik yolunda bu qədər yol gəliblərsə, Qarabağla bağlı Azərbaycanın tam yanında ola bilərlər".
Telegram kanalımız