İlham Əliyev və Vladimir Putin arasında telefon danışığı olub

saytların hazırlanması

Evə çatdırılma

İlham Əliyev və Vladimir Putin arasında telefon danışığı olub

Siyasət

07 Oktyabr 2020 12:12 1566


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 7-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə telefonla zəng edib.

Yenisabah.az Azərbaycan Prezidentinin Mətbuat Xidmətinə istinadla xəbər verir ki, dövlət başçısı Rusiya Prezidentini ad günü münasibətilə təbrik edib, Rusiyanın inkişafı və firavanlığı naminə dövlətçilik fəaliyyətində ona yeni uğurlar, möhkəm cansağlığı arzulayıb.

Vladimir Putin göstərilən diqqətə və təbrikə görə Azərbaycan Prezidentinə minnətdarlığını bildirib. Sezar pizza

Telefon söhbəti zamanı dövlət başçıları Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar yaranmış vəziyyəti müzakirə ediblər.

Prezident İlham Əliyev və Prezident Vladimir Putin Azərbaycan-Rusiya əlaqələrinin perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıblar.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!