İlham Əliyev Yaponiyanın yeni baş nazirini təbrik etdi

saytların hazırlanması

Evə çatdırılma

İlham Əliyev Yaponiyanın yeni baş nazirini təbrik etdi

Siyasət

17 Sentyabr 2020 11:38 972


Prezident İlham Əliyev Yaponiyanın Baş Naziri Yoşihide Suqaya təbrik məktubu ünvanlayıb. 

Yenisabah.az xəbər verir ki, məktubda deyilir:

“Yaponiyanın Baş Naziri vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm. Toyuqlu pizza

Biz Yaponiya ilə dostluq və əməkdaşlıq münasibətlərimizin hərtərəfli inkişafına xüsusi əhəmiyyət veririk. İnanıram ki, ölkələrimiz arasındakı əlaqələrin daha da möhkəmləndirilməsi, qarşılıqlı faydalı əməkdaşlığımızın müvəffəqiyyətlə davam etdirilməsi üçün birgə səylər göstərəcəyik.

Sizə ən xoş arzularımı yetirir, möhkəm cansağlığı, xoşbəxtlik, dost Yaponiya xalqının rifahı naminə qarşıdakı məsul fəaliyyətinizdə uğurlar diləyirəm”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!