İlham Əliyev yeni seçilən prezidentə məktub göndərdi

saytların hazırlanması

Evə çatdırılma

İlham Əliyev yeni seçilən prezidentə məktub göndərdi

Siyasət

13 Yanvar 2020 14:55 1100


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xorvatiya Respublikasının yeni seçilən Prezidenti Zoran Milanoviçə təbrik məktubu göndərib. 

“Yeni Sabah” xəbər verir ki, məktubda deyilir: 

"Hörmətli cənab Milanoviç, Toyuqlu pizza

Xorvatiya Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Azərbaycan ilə Xorvatiya arasındakı münasibətlərin bugünkü səviyyəsi məmnunluq doğurur. İnanıram ki, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımız xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Xorvatiya xalqının rifahı naminə qarşıdakı məsul fəaliyyətinizdə uğurlar arzulayıram".

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!