İlham Əliyev Zelenskiyə məktub: Bundan sonra da...

saytların hazırlanması

Evə çatdırılma

İlham Əliyev Zelenskiyə məktub: Bundan sonra da...

Siyasət

24 Avqust 2025 11:12 745


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ukraynanın Prezidenti Volodimir Zelenskini təbrik edib.

“Yeni Sabah”ın xəbərinə görə, təbrikdə deyilir:

"24 Avqust – Müstəqillik Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və ən xoş arzularımı yetirirəm. Dominos pizza

Azərbaycan-Ukrayna dövlətlərarası əlaqələri xalqlarımızın bir-birinə bəslədiyi dərin rəğbətdən, onlar arasında tarixən təşəkkül tapmış dostluq və qarşılıqlı hörmət ənənələrindən qaynaqlanır.

Hazırda bu möhkəm təməllər üzərində qurulmuş münasibətlər inkişaf edir və yeni məzmunla zənginləşir. Siyasi dialoqumuz, iqtisadiyyat, nəqliyyat, energetika və humanitar sahələrdə əməkdaşlığımız ikitərəfli əlaqələrimizi səciyyələndirən başlıca amillərdəndir.

Ərazi bütövlüyü və suverenlik məsələlərində ölkələrimizin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq qarşılıqlı dəstək və həmrəylik nümayiş etdirməsi təqdirəlayiqdir. Azərbaycan dost Ukrayna xalqına bundan sonra da lazımi humanitar dəstək və yardım göstərməyə davam edəcəkdir.

Əminəm ki, Azərbaycan-Ukrayna dostluq əlaqələrinin və qarşılıqlı fəaliyyətinin xalqlarımızın iradəsinə uyğun olaraq daha da möhkəmləndirilməsi və dərinləşdirilməsi yolunda birgə səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik.

Bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost Ukrayna xalqına sülh və əmin-amanlıq diləyirəm".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!