İlham Əliyevdən daha bir sərəncam - 15,8 milyon manat ayrıldı

saytların hazırlanması

Evə çatdırılma

İlham Əliyevdən daha bir sərəncam - 15,8 milyon manat ayrıldı

Sosial

04 Mart 2020 17:20 311


Prezident İlham Əliyev Tovuz rayonunun Əyyublu–Aran–Qovlar–Aşağı Quşçu–Koxanəbi avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. "Yeni Sabah" xəbər verir ki, sərəncamla otuz bir min nəfər əhalinin yaşadığı 7 yaşayış məntəqəsini birləşdirən Əyyublu–Aran–Qovlar–Aşağı Quşçu–Koxanəbi avtomobil yolunun tikintisi məqsədilə "Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü"ndə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün göstərilmiş vəsaitin 15,8 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.
Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!