İlham Əliyevdən Monqolustan prezidentinə təbrik

saytların hazırlanması

Evə çatdırılma

İlham Əliyevdən Monqolustan prezidentinə təbrik

Siyasət

11 İyul 2024 11:14 388


Azərbaycan Prezidenti İlham Əliyev Monqolustanın Prezidenti Uxnaaqiyn Xurelsuxa təbrik məktubu göndərib.

Yenisabah.az xəbər verir ki, təbrik mətnində deyilir:

"Monqolustanın milli bayramı münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram. Dominos pizza

İnanıram ki, Azərbaycan ilə Monqolustan arasında münasibətlərin inkişafı, əməkdaşlığımızın həm ikitərəfli, həm də çoxtərəfli müstəvidə genişləndirilməsi yolunda birgə səylərimizi bundan sonra da davam etdirəcəyik.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Monqolustan xalqına daim əmin-amanlıq və rifah diləyirəm".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!