İlham Əliyevdən sonra Paşinyanla danışdı -   DETALLAR

saytların hazırlanması

Evə çatdırılma

İlham Əliyevdən sonra Paşinyanla danışdı - DETALLAR

Rəsmi

23 İyul 2021 11:27 1357


Ermənistanın baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı aparıb.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, telefon danışığı Putinlə Azərbaycan Prezidenti İlham Əliyev arasında keçirilən görüşdən 2 gün sonra baş tutub.

Ermənistanın “Joğovurd” qəzeti məsələyə diqqət çəkərək, Putinin hər iki ölkə lideri ilə ikitərəfli əməkdaşlıqla yanaşı, regional kommunikasiyaların açılması, delimitasiya və demarkasiya proseslərini müzakirə etdiyini vurğulayıb. Marqarita pizza

"Sərhəd gərginliyi fonunda Rusiya prezidentinin Azərbaycan və Ermənistan rəhbərləri ilə danışıqları diqqət çəkir. Sərhədyanı işlərin aktivləşdirilməsi, rus sərhədçilərinin bölgəyə yerləşdirilməsi və Qazaxla Naxçıvanın anklav kəndlərinin qaytarılması fonunda məsələ diqqət çəkir. Ermənistanın taleyinin ölkədən kənarda həll olunması barədə təəssürat yaranır və bizdən heç nə soruşan yoxdur”, - deyə qəzet yazır.

“Joğovurd” qəzeti Putinin Zəngəzur dəhlizi və üçtərəfli razılşamanın digər bəndlərinin icrası üçün Paşinyana təkid etdiyini də diqqətə çatdırıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!