İlham Əliyevdən yüksək vəzifəyə təyinat

saytların hazırlanması

Evə çatdırılma

İlham Əliyevdən yüksək vəzifəyə təyinat

Siyasət

20 Noyabr 2024 10:14 19198


Prezident İlham Əliyevin sərəncamı ilə İlham Bayramov Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinin müavini təyin edilib.

“Yeni Sabah” xəbər verir ki, bu barədə APA-ya Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən bildirilib.

Qeyd edək ki, İlham Bayramov 1970-ci ildə Zəngəzur mahalının Qarakilsə rayonunun Urud kəndində anadan olub. pizza hut

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin "Torpaqşünaslıq və aqrokimya" fakültəsinin məzunudur.

Son təyinata qədər İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan "Azərbaycan Standartlaşdırma İnstitutu" Publik Hüquqi Şəxsin baş direktoru vəzifəsində çalışıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Arif
    TƏBRİKLƏR,UĞURLAR arzulayıram. HƏMİŞƏ XOŞ SORAĞINIZ GƏLSİN!
    1 year ago