İlham Əliyevin posterləri İran küçələrinə vuruldu

saytların hazırlanması

Evə çatdırılma

İlham Əliyevin posterləri İran küçələrinə vuruldu

Maraqlı

02 Noyabr 2022 13:32 2537


Son zamanlar Azərbaycan-İran münasibətlərinin gərginləşməsi fonunda Cənubi Azərbaycanda yaşayan soydaşlarımız maraqlı aksiyaya başlayıblar.

Yenisabah.az xəbər verir ki, Təbriz, Ərdəbil və digər şəhərlərdə küçələrə Azərbaycan Prezidenti İlham Əliyevin fotosu olan posterlərin vurulması sosial şəbəkələrin Azərbaycan seqmentində müzakirələrə səbəb olub.

Fotonun üzərində isə “Güney Azərbaycan sizin arxanızdadır, cənab Prezident” yazısı qeyd olunub. Pepperoni pizza

Diqqəti çəkən nüanslardan biri fotoda olan yazının farsca deyil, məhz əski Azərbaycan əlifbası ilə yazılması olub.

Artıq Azərbaycan Televiziyasının rəsmi feysbuk hesabında da bununla bağlı paylaşım edilib.

Qeyd edək ki, son aylar bütün müstəvilərdə Azərbaycan – İran arasında gərginlik yaşanır. Ötən gün isə DTX-nin keçirdiyi əməliyyat nəticəsində Azərbaycanda İran xüsusi xidmət orqanının nəzarəti altında yaradılmış qanunsuz silahlı birləşmə ifşa edilib.

 

 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!