İlham Əliyevin Romada rəsmi yolasalma mərasimi oldu - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

İlham Əliyevin Romada rəsmi yolasalma mərasimi oldu - Fotolar

Siyasət

21 Fevral 2020 19:02 336


İtaliyada dövlət səfərində olan Prezident İlham Əliyevin fevralın 21-də Romada rəsmi yolasalma mərasimi olub. "Yeni Sabah" xəbər verir ki, Romanın Kuirinale Sarayında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Azərbaycanın və İtaliyanın dövlət himnləri səslənib. Fəxri qarovul dəstəsinin rəisi dövlətimizin başçısına raport verib. Azərbaycan və İtaliya prezidentləri fəxri qarovul dəstəsinin qarşısından keçiblər. Azərbaycan Prezidenti İlham Əliyevə dövlət səfərindən çəkilmiş fotolardan ibarət albom təqdim olunub. İtaliya Respublikasının Prezidenti Sercio Mattarella və qızı Laura Mattarella Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı yola salıblar. https://cdn.yenisabah.az/files/1582294893585802567_1000x669.jpg https://cdn.yenisabah.az/files/1582294892507703038_1000x669.jpg https://cdn.yenisabah.az/files/15822948922925861857_1000x669.jpg https://cdn.yenisabah.az/files/15822948925175723670_1000x669.jpg https://cdn.yenisabah.az/files/15822948924514858001_1000x669.jpg https://cdn.yenisabah.az/files/158229489237215754_1000x669.jpg
Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!