İlham Əliyevin son bir ili... - Analiz

saytların hazırlanması

Evə çatdırılma

İlham Əliyevin son bir ili... - Analiz

Siyasət

09 Aprel 2019 22:42 918


YAP Siyasi Şurasının üzvü “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə “Son bir ilin uğurları növbəti illər üçün böyük stimuldur” adlı analitik məqalə ilə çıxış edib.

“Yeni Sabah” xəbər verir ki, jurnalist öz yazısında Azərbaycaanda sonuncu prezident seçkilərindən sonra ötən bir ildə ölkə rəhbərliyi tərəfindən həyata keçirilən addımları təhlil edib.

“Son bir ilin hər ayı, hər günü mühüm hadisə ilə tarixə yazılıb. Belə ki, 11 aprel prezident seçkilərindən sonrakı növbəti ayda Səngəçal terminalında Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimi keçirildi” yazan V. Rəhimzadə bunu başlanğıc kimi qeyd edib: “SOCAR-ın müxtəlif ölkələrdə, o cümlədən qardaş Türkiyədə reallaşdırdığı investisiya layihələri onun beynəlxalq nüfuzunu daha da artırır. “Star”-ın açılışı mərasimində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan SOCAR-ın 2008-ci ildən etibarən enerji sahəsində mühüm layihələr həyata keçirdiyini önə çəkərək bildirdi ki, SOCAR “Star” neft emalı zavodunu məhz bu sərmayə ilə ölkəmizə qazandırıb”. Dördpendirli pizza

- Statistik rəqəmlər inkişafın aydın mənzərəsini yaradır. Dövlət proqramlarının icra olunduğu 2004–2018-ci illər ərzində ümumi daxili məhsul 3,3 dəfə, o cümlədən qeyri-neft sektoru üzrə 2,8 dəfə, sənaye üzrə 2,6 dəfə, kənd təsərrüfatı üzrə 1,7 dəfə artıb. Bu müddətdə həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində ölkədə 1,5 milyonu daimi olmaqla 2 milyondan çox yeni iş yeri, 100 mindən çox müəssisə yaradılıb, işsizlik 5 faizə, yoxsulluq səviyyəsi 5 faizə enib. 

V. Rəhimzadə son 15 ildə əhalimizin sayının 1,6 milyon nəfər artdığını da qeyd edib: “Bu günlərdə 10 milyonuncu sakinimiz dünyaya gəldi. Biz artıq on milyonluq ölkəyik”. 

“Dövlət başçısı İlham Əliyevin şəhid ailələrinə, müharibə veteranlarına və əlillərə daim diqqət və qayğısı da davamlıdır. Ötən ilin prezident seçkilərindən sonra imzalanan ilk Fərman şəhid ailələrinə birldəfəlik 11 min manat məbləğində kompensasiyanın verilməsi ilə bağlı oldu. Növbəti Fərmanla şəhid ailələrinə verilən müavinət 242 manatdan 300 manata, Əfqanıstanda həlak olanların ailələri üçün nəzərdə tutulan müavinət 220 min manatdan 300 manata çatdırıldı. Keçən il şəhid ailələrinə 626 mənzil verilib. Bu il isə daha 800 şəhid ailəsi mənzillə təmin olunacaq”.

- Son bir ilin uğurları sırasında yer alan üçüncü peykimizin orbitə buraxılması da ölkəmizdə yeni texnologiyaların inkişafına nə qədər önəm verildiyini ortaya qoydu. 

- Uğurlarımız öz növbəsində yeganə problemimiz olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinə geniş yol açır. Münaqişənin həlli ilə bağlı möhkəm hüquqi baza mövcuddur. Beynəlxalq qurumların qəbul etdikləri qərar və qətnamələrdə Azərbaycanın ərazi bütövlüyü dəstəklənməklə yanaşı, erməni işğalçılarının ərazilərimizdən qeyd-şərtsiz çıxarılması da öz əksini tapıb. Bu mühüm məqamı da qeyd edək ki, Ermənistanın yeni baş naziri Nikol Paşinyan fəaliyyətə başladığı ilk gündən münaqişənin həlli ilə bağlı aparılan danışlar prosesində tərəf kimi separatçı rejimin iştirakının vacibliyini iddia edirdi. Lakin dövlətimizin sərt reaksiyası, eyni zamanda, ATƏT-in Minsk qrupunun həmsədrlərinin bəyanatı bu iddianın nə qədər yersiz, əsassız olduğunu Ermənistan tərəfinə çatdırdı.

Yazıda ölkə həyatının əksər sahələrində baş verən yeniliklər haqda analitik fikirlərə yer verilib.

“Sözsüz ki, bir yazıda bir il ərzində görülmüş nəhəng işləri ifadə etmək çox çətindir. Sadaladığımız bu faktlardan onlarla, yüzlərlə daha da artığını qələmə almaq olar. Qeyd etdiklərimiz görülmüş işlərin çox kiçik bir hissəsidir. Bunları qeyd etməklə çalışdıq ki, son bir ildə əldə olunan uğurları qısaca olaraq oxucuların diqqətinə çatdıraq”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!