İlham Əliyev Sanae Takaiçini təbrik etdi

saytların hazırlanması

Evə çatdırılma

İlham Əliyev Sanae Takaiçini təbrik etdi

Siyasət

22 Oktyabr 2025 14:26 193


Azərbaycan Prezidenti İlham Əliyev Yaponiyanın Baş naziri xanım Sanae Takaiçiyə təbrik ünvanlayıb.

“Yeni Sabah” xəbər verir ki, təbrik məktubunda deyilir:

“Hörmətli xanım Baş nazir, Dördpendirli pizza

Yaponiyanın Baş naziri vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Biz Azərbaycan-Yaponiya münasibətlərinin hərtərəfli inkişafına xüsusi əhəmiyyət veririk. Hazırda iki ölkə arasında əməkdaşlığın müxtəlif sahələrdə yeni məzmunla zənginləşməsi üçün yaxşı imkanlar mövcuddur.

İnanıram ki, xalqlarımızın mənafelərinə uyğun olaraq dövlətlərarası əlaqələrimizin daha da möhkəmləndirilməsi, mövcud potensialdan istifadə edərək ikitərəfli və çoxtərəfli qaydada qarşılıqlı faydalı əməkdaşlığımızın bundan sonra da genişləndirilməsi yolunda birgə səylər göstərəcəyik.

Bir daha Sizə təbriklərimi yetirir, möhkəm cansağlığı, xoşbəxtlik, dost Yaponiya xalqının rifahı naminə qarşıdakı məsul dövləti fəaliyyətinizdə uğurlar arzulayıram”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!