İlham İsmayıl azadlıqda: ÖZÜ AÇIQLAMA VERDİ

saytların hazırlanması

Evə çatdırılma

İlham İsmayıl azadlıqda: ÖZÜ AÇIQLAMA VERDİ

Siyasət

26 Sentyabr 2025 13:33 5755


Barəsində dələduzluq əməlinə görə saxlanılması ilə bağlı məlumatlar yayılan siyasi ekspert İlham İsmayıl hazırda azadlıqdadır və evindədir.

“Yeni Sabah” xəbər verir ki, o, Musavat.com-a bildirib ki, onun haqqında mediada yayılan məlumatların əksəriyyəti həqiqətə uyğun deyil və əsassızdır.

İlham İsmayıl vurğulayıb ki, heç kimə qarşı dələduzluq əməli həyata keçirməyib və bu iddialar tamamilə yalandır. Dominos pizza

Onun sözlərinə görə, hazırda məsələ ailə üzvlərindən birinin biznesində yaranan çətinliklərlə bağlıdır və bu çətinliklər nəticəsində mövcud olan borcla əlaqədardır. Məhz həmin borc məsələsi çərçivəsində ondan da izahat alınıb.

İlham İsmayıl əlavə edib ki, yaxın vaxtlarda bu məsələ ilə bağlı mediaya geniş açıqlama veriləcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!