İlham İsmayılın oğlu saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

İlham İsmayılın oğlu saxlanıldı

Maraqlı

29 Mart 2023 13:13 1263


Sabiq MTN polkovniki, təhlükəsizlik üzrə ekspert İlham İsmayılın oğlu Cavidan İsmayılzadə saxlanılıb.

Yenisabah.az Qafqazinfo-ya istinadla xəbər verir ki, 1990-cı il təvəllüdlü İsmayılzadə Cavidan İlham oğlu "İnterpol" xətti ilə Çexiyada tutulub.

Hazırda həmin ölkənin hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. pizza mizza

İlham İsmayıl bildirib ki, oğlunun sərhəddə sənədlə bağlı problemi yaranıb: “Hazırda vəkili problemi həll edir”.

Qeyd edək ki, C. İsmayılzadə barəsində Azərbaycanda 2016-cı ildə cinayət işi başlanıb. O, Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq etmə) maddəsi ilə ittiham olunub. C. İsmayılzadə tanınmış şəxslərin etimadını qazanaraq, iş qurmaq adı ilə 970 min avro pulu mənimsədiyi iddia edilib. Həmin ərəfədə o, Almaniyada olub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!