İlham Mirzəyev məşhur “Etiraf”ı ilə sosial şəbəkədə

saytların hazırlanması

Evə çatdırılma

İlham Mirzəyev məşhur “Etiraf”ı ilə sosial şəbəkədə

Şou

06 Oktyabr 2021 15:15 2936


İllər əvvəl dələduzluqda təqsirləndirilərək həbs olunan tanınmış aparıcı İlham Mirzəyevdən xəbər var.

Yenisabah.az xəbər verir ki, uzun illərdir telekanallardan uzaq düşən teleaparıcı sosial şəbəkələrdə aktiv fəaliyyət göstərir.

O, “YouTube” kanalında əvvəllər aparıcısı olduğu “Etiraf” və “Tale Yolları” verilişindən kadrları izləyiciləri ilə bölüşür. pizza sifarişi

Ötən il ATV telekanalında yayımlanan “BizimləSən” proqramında qonaq olan Mirzəyev ağır durumda olduğunu, hər şeyini satdığını, tezliklə telekanallara qayıtmağı planladığını desə də hələ də televiziyadan uzaqdır.

Qeyd edək ki, İ.Mirzəyev 2014-cü ildə dələduzluq ittihamı ilə həbs olunub. İttihama əsasən, aparıcı direktoru olduğu "İlhamed" tibb mərkəzində Aynur Əhmədova adlı vətəndaşa cadugərlik yolu ilə yalan vədlər verərək, onun 3000 avro pulunu mənimsəyib. O, 2016-cı ildə həbsdən çıxıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!