İlham Mirzəyev Space TV-dən niyə getdi?

saytların hazırlanması

Evə çatdırılma

İlham Mirzəyev Space TV-dən niyə getdi?

Şou

19 Sentyabr 2024 17:32 851


Teleaparıcı İlham Mirzəyev "Space" telekanalı ilə yollarını ayırıb.

Yenisabah.az yenicag.az-a istinadla xəbər verir ki, o artıq yeni mövsümdə digər telekanalların birində fəaliyyətini davam etdirəcək:

"Bəli, xəbər doğrudur, "Space" ilə yollarımı ayırdım. Bu televiziyada özəl layihələrə aparıcılıq etdim. Yüksək reytinq verən həmin layihələrimlə tamaşaçı sevgisini yenidən qazandım. Bir daha özümü təsdiqlədim ki, illərin təcrübəsi öz sözünü deyib, yorulmaq nədir, bilmirəm, eyni yüksək enerjimlə hələ reytinqli verilişlərə aparıcılıq edirəm və bununla fəxr edirəm. Sezar pizza

"Space"dən getməyimə də özüm qərar verdim. Öz istəyimlə gedirəm. Nə kanal rəhbərliyi, nə də işçilərdən narazılığım var. Mehribanlıqla ayrıldıq. 18 il də "Space" Televiziyasında çalışdım, son layihələrimi də əlavə etsək, 19 il olur.

Bir çox telekanallardan dəvət almışam, hələ ki götür-qoy edirəm, dəqiq qərar verməmişəm. Bütün telekanallar mənə doğmadır, bütün televiziya rəhbərləri, mənə əzizdir, bütün aparıcılara da böyük hörmətim var".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!