İlham Zəkiyev Qran Pridə qızıl medal qazandı

İlham Zəkiyev Qran Pridə qızıl medal qazandı

İdman Saytların hazırlanması

14 Mart 2023 19:47 737


Azərbaycan millisi Misirin İsgəndəriyyə şəhərində keçirilən Qran-pri turnirində növbəti qızıl medala sahib olub.

Yenisabah.az xəbər verir ki, turnirdə 90 kiloqramdan yuxarı çəki dərəcəsində çıxış edən ikiqat Paralimpiya çempionu İlham Zəkiyev bütün rəqiblərinə qalib gələrək yarışı birinci pillədə başa vurub.

Bu gün “Tokio-2020” Yay Paralimpiya Oyunlarının qalibi Xanım Hüseynova (70 kq) da qızıl medal əldə edib.

Daha sonra Dürsədəf Kərimova (+70 kq) bürünc medal uğrunda görüşə çıxacaq.

Qeyd edək ki, ötən gün Namiq Abaslı (73 kq) mötəbər turnirin qalibi olub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!