İlhamə Prezident və xanımının onun mahnısını dinləməsindən danışdı:   “Arzuma çatdım“

saytların hazırlanması

Evə çatdırılma

İlhamə Prezident və xanımının onun mahnısını dinləməsindən danışdı: “Arzuma çatdım“

Şou

22 Oktyabr 2021 16:43 1639


“Heç bir sözlə ifadə edə bilməyəcək qədər həyəcanlıyam. 28 ildir ki, işğal altında olan torpaqlarımız şükürlər olsun ordumuzun və Ali Baş Komandanımız İlham Əliyevin sayəsində azad edildi. Qarabağı bizə, bizi də Qarabağa qaytardıqlarına görə Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə isə can sağlığı diləyirəm".

Yenisabah.az xəbər verir ki, bu sözləri müğənni İlhamə Qasımova deyib. Sənətçi axşam.az-a açıqlamasında Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın Zəngilan səfəri zamanı radioda onun oxuduğu “Ey Vətən” mahnısını dinləməsi ilə bağlı fikirlərini bölüşüb:

"Birinci xanım Mehriban Əliyevaya minnətdarlığımı bildirirəm. Eyni zamanda Azərbaycan radiosuna təşəkkür etmək istəyirəm. Çox sağ olsunlar ki, radio dalğalarında "Ey Vətən" mahnımı səsləndirirlər. 2006-2007-ci illərdə bu mahnı ərsəyə gələrkən böyük arzum olub ki, torpaqlarımız işğaldan azad olunanda orada konsert verim və “Ey Vətən"i səsləndirim. Dünən Mehriban xanım Əliyevanın Qarabağın gözəl guşələrini çəkərkən fonda mənim mahnımın səslənməsi ilə bu arzumun reallaşdığına şahid oldum. Beləcə, mən "Ey Vətən"i Qarabağda oxumuş oldum". pizza hut

Qeyd edək ki, "Ey Vətən" mahnısının musiqisi Elza İbrahimovaya, sözləri Aslan Abdullayevə məxsusdur. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!