“İlhamə Quliyevanın qızılları yadlara qaldı, mənə isə pişiyi çatdı“   - Qohumu

saytların hazırlanması

Evə çatdırılma

“İlhamə Quliyevanın qızılları yadlara qaldı, mənə isə pişiyi çatdı“ - Qohumu

Şou

20 May 2021 12:26 1649


"İlhamə xanım rəhmətə gedən gün hər kəs onun evində yığışmışdı. Ögey bacıları da orada idi. Gördüm ki, evdə atmosfer ağırdır. Hər kəs sual dolu baxışlarla bir-birinə baxır. Evə mən, qızım və Orxandan başqa girən olmurdu".

Yenisabah.az xəbər verir ki, bu sözləri müğənni Əli Mirəliyevin qızı Samirə mərhum Xalq artisti İlhamə Quliyeva haqda danışarkən deyib. O, müğənninin mirasından söz açıb:

"İlhamə xanımın vəsiyyəti vardı. Həmişə deyirdi ki, əgər mənə bir şey olsa, var-dövlətim uşaq evlərinə, əsgərlərə, kasıblara qalsın. Mən orada olan doğmalara bu vəsiyyəti dedim. Təklif etdim ki, İlhamə xanımın qızıllarından da hər qohuma birini yadigar kimi paylayaq. Mənim sözüm yaxşı qarşılanmadı. İlhamə Quliyevanın mirası ögey bacılarına qaldı. Mənə isə yalnız onun diplomatik pasportu və pişiyi Markis qaldı".  pizza sifarişi


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!