Bir neçə gün əvvəl Xalq artisti Röya Ayxan və müğənni Zamiq Hüseynovun mərhum Xalq artisti İlhamə Quliyevanın “Neylərsən?” mahnısını oxuması müzakirələrə səbəb olub.
Yenisabah.az xəbər verir ki, müğənni Rəqsanə İsmayılova da mövzudan kənarda qalmayıb. Sosial şəbəkə hesabında bu haqda danışan Rəqsanə illər əvvəl İlhamə Quliyevanın öz icazəsini alaraq mahnını ifa etdiyini deyib:
“Allah İlhamə xanım Quliyevaya rəhmət etsin. Ölməz sənətkar həmişə yaşayacaq. Faiq Sücəddinovun əsərləri hər zaman dillər əzbəri olub. Allah sizə ömür versin, dəyərli bəstəkar. Mən bu mahnının ifa icazəsini İlhamə xanımın sağlığında aldım və oxudum. Bu gün sənət dostlarım da oxuyub. Xeyirli olsun. Hər kəsin öz ifa tərzi var. Əsas odur ki, bu əsərlər var, yaşayır və nəsildən nəsilə keçir. Bu əsərlər hər zaman yaşayacaq”. pizza sifarişi
Telegram kanalımız