"Keçən il bir çox başqa hadisələr də baş vermişdir. İndi onların hamısını burada qeyd etmək mümkün deyil. Hesab edirəm ki, dediyim məsələlər və gətirdiyim rəqəmlər ölkəmizdə gedən proseslər haqqında kifayət qədər məlumat verir və bunlar bizim uğurlarımızdır. Biz bu uğurları deməliyik, onları təbliğ etməliyik, eyni zamanda, bu uğurlarla kifayətlənmək olmaz".
"Yeni Sabah" xəbər verir ki, bunu Prezident İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda çıxışı zamanı deyib.
Prezident həmçinin çıxışın davamında bunları söyləyib: "Biz həmişə gərək həll olunmamış məsələlər ətrafında səylərimizi gücləndirək və bunu edirik. Ona görə bu ənənəvi konfransın əsas məqsədi görülmüş işlərə yekun vurmaq və il ərzində görüləcək işlərə təkan verməkdir. pizza hut
Ona görə də 2004-cü ildən başlayaraq biz bu yolla gedirik. 2004-cü ildə qəbul edilmiş birinci proqram tarixi hadisə idi. O vaxt o proqram mənim seçkiqabağı proqramımın tərkib hissəsi idi. O vaxt ilk dəfə prezident vəzifəsinə seçilən zaman vətəndaşlara demişdim ki, əgər mənə etimad göstərilərsə, o cümlədən regionların inkişafı ilə ciddi məşğul olacağam. Çünki bilirdim ki, Azərbaycanın regionlarında vəziyyət o qədər də yaxşı deyil. Bunun da əlbəttə ki, təbii səbəbləri var idi - infrastruktur köhnəlmişdi, demək olar ki, sıradan çıxmışdı, bir çox müəssisələr fəaliyyətini dayandırmışdı, kənd təsərrüfatında durğunluq yaşanırdı. Ona görə hesab edirdim ki, Regional İnkişaf Proqramı bizim üçün əsas təkanverici proqram olacaq.
Eyni zamanda, Azərbaycan əhalisinin böyük əksəriyyəti bölgələrdə yaşayır, rayonlarda, kəndlərdə yaşayır. Onların yaşayışı yaxşılaşmalı idi. Ona görə bu proqramın qəbul edilməsi bir daha demək istəyirəm ki, tarixi hadisə idi. O vaxtdan bu günə qədər hər il biz proqramın icrasını müzakirə edirik. Dediyim kimi, üç proqram qəbul edildi və icra olundu, dördüncü proqram indi icra edilir".
Telegram kanalımız