İlk Türk Ticarət Evi Azərbaycanda açılacaq

saytların hazırlanması

Evə çatdırılma

İlk Türk Ticarət Evi Azərbaycanda açılacaq

İqtisadiyyat

25 Noyabr 2020 17:38 740


Qırğızıstanın təşkilatçılığı ilə gələn il III Türk Biznes Forumunun, Macarıstanın təşkilatçılığı ilə Türk-Macar Biznes Forumunun və B2B görüşlərinin keçirilməsinə dair qərar qəbul olunub.

Azərbaycan Sahibkarlar Konfederasiyasından Yenisabah.az-a verilən məlumata görə, qərar ötən gün Türk Ticarət və Sənaye Palatasının (TCCI) 2-ci Baş Assambleyasının onlayn formatda keçirilən görüşdə səsləndirilib.

Görüşdə gündəlikdə duran 12 məsələ, o cümlədən Türk Ticarət Evlərinin yaradılması, biznes-forumlar, B2B görüşlərin keçirilməsi, ötən müddətdə qurumun təşkilatlanması və sair məsələlər müzakirə edilib. pizza sifarişi

Açılış sessiyasında çıxış edən Türkiyə Odalar və Borsalar Birliyinin, Türk Ticarət və Sənaye Palatasının prezidenti M. Rifat Hisarcıklıoğlu, noyabrın 2-də Bakıda keçirilən görüşü haqqında fikirlər səsləndirərək Azərbaycanda alınan qərarların icrasına başlandığını bildirib: “Layihələrinizi gözləyirəm, tarixi İpək Yolunun hamımız tən ortasındayıq və bu koridoru fəal şəkildə istifadə etməliyik. Bildirim ki, ilk Türk Ticarət evinin Azərbaycanda açılmasına qərar verdik”.

Qeyd edək ki, Azərbaycan Sahibkarlar Konfederasiyası “Türkiye Odalar ve Borsalar Birliği”nin təcrübəsi əsasında Goranboy rayonunda pilot əmtəə birjasının yaradılması barədə razılıq əldə edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!