Aparıcı İlkin Həsəninin adından dələduzluq edilib.
Yenisabah.az xəbər verir ki, bu haqda aparıcı özü məlumat yayıb.
Aparıcı qeyd edib ki, tanımadığı şəxs onun dostlarına vatsap vasitəsi ilə yazıb pul istəyir: pizza sifarişi
"Dünəndən etibarən əksər dostlarıma, tanışlarıma bu nömrədən pul istəyi ilə bağlı müxtəlif mesajlar gəlir. Adamdakı rahatlığa bax, açıq nömrə ilə adımdan istifadə edir. Üstəgəl yerli bank kartı rekvizitlərini atır. Tez bir zamanda görüşənədək, görək bu şir ürəkli kimdir belə".
Qeyd edək ki, bundan əvvəl rəqqasə Rəna Ağamuradova (Renka), aparıcı Mətanət Əliyevdiyeva, aktrisa Pərvin Abıyeva da analoji dələduzluq halı ilə bağlı paylaşım etmişdilər.
Telegram kanalımız