İlkin nəticələr açıqlandı - Onlar 7-ci dəfə deputat olacaq...

saytların hazırlanması

Evə çatdırılma

İlkin nəticələr açıqlandı - Onlar 7-ci dəfə deputat olacaq...

Siyasət

02 Sentyabr 2024 00:09 5604


Artıq "Oracle Advisory Group" (ABŞ) 2024-cü ilin 1 sentyabr tarixində keçirilən Milli Məclisə seçkilərin "exit poll" nəticələrini açıqlayıb.

Doğrudur bu, rəsmi və yekun rəqəmlər deyil. Ancaq əksər hallarda yekun rəqəmlər də elə “Exit-poll”un göstəriciləri ilə yaxın olur.

Musavat.com xəbər verir ki, siyahıda 7-ci çağırışda 7-ci dəfə deputat olan 3 nəfər var. Onlar Əsgərov Ziyafət Abbas oğlu, İsmayılov İmamverdi İbiş oğlu və Zabelin Mixail Yuryeviçdir. pizza mizza

Ziyafət Əsgərov Yeni Azərbaycan Partiyasının namizədir. 1 saylı Şərur – Sədərək seçki dairəsindən namizədliyi irəli sürülüb.

İmamverdi İsmayılov Yeni Azərbaycan Partiyasının namizədidir və 125 saylı Zəngilan-Qubadlı seçki dairəsindən deputat seçilir. Əsas rəqibi ötən həftə yol qəzasında dünyasını dəyişən professor Nəsiman Yaqublu idi… İmamverdi İsmayılov rəsmi olmayan nəticələrə görə, 53.8% səs toplayıb.

Mixail Zabelin 34 saylı Xətai İkinci dairədən deputat seçilir. Onun da rəsmi olmayan topladığı səs faizi 67.5 faizdir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!