İlkinin telefonuna kim müdaxilə edib? - Qadın şəkli, cizgi filmi...

saytların hazırlanması

Evə çatdırılma

İlkinin telefonuna kim müdaxilə edib? - Qadın şəkli, cizgi filmi...

Kriminal

16 İyun 2022 12:50 5839


““Nərmin işi”ndə daha bir saxtakarlıq üzə çıxıb”.

“Yeni Sabah” xəbər verir ki, bunu jurnalist Aytən Məmmədova bildirib. Jurnalist sosial şəbəkədə açıqlayıb ki, cinayət işinin materiallarında İlkin Süleymanovun telefonundan müxtəlif vaxtlarda “Maşa və Medved”, “Tom və Cerri” və s. cizgi filmlərinə baxıldığı iddia olunur və bu barədə ekspert rəyi var:

“Belə fikir yaradılır ki, İlkin uşağa onu saxladığı müddətdə cizgi filmləri göstərirmiş… Sezar pizza

Hələ mən orasını demirəm ki, 11 yaşlı Nərmin cizgi filminə baxırdısa, niyə cəmi 5-10 saniyə, bəzilərinə hətta 2 saniyə baxılıb?

Ən əsas məsələ, ekspert rəyində göstərilib ki, İlkin Süleymanov yanvarın 8-də də o telefonda qadın fotolarına və başqa şeylərə baxıb. Halbuki, İlkinin yanvarın 6-dan artıq Tovuz rayon Polis Şöbəsində saxlandığı 1 il davam edən məhkəmədə sübut olundu. Bunu, hətta Nərminin valideynləri, başqa qohumları da təsdiqlədilər. Baxmayaraq ki, prokurorluq İlkinin yanvarın 10-da tutulmasını rəsmiləşdirib…

İndi sual ortaya çıxır: İlkin polis şöbəsində olanda onun telefonuna kimlər müdaxilə edib, qadın şəkli və s. materiallara kimlər baxıb?

Yaxud da ekspertiza saxta rəy verib. Bir işdə nə qədər saxtakarlıq olarmış…”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!