“İlkinlə gecə saat 1-ə kimi...” - “Nərmin işi”ndə şahid danışdı

saytların hazırlanması

Evə çatdırılma

“İlkinlə gecə saat 1-ə kimi...” - “Nərmin işi”ndə şahid danışdı

Kriminal

03 İyun 2022 20:48 2095


Tovuzun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə ittiham olunan İlkin Süleymanovun cinayət işi ilə bağlı məhkəmə prosesi davam etdirilib.

Yenisabah.az xəbər verir ki, bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən iclasda müdafiə tərəfinin tələbi ilə dindirilməsi təmin olunan iki şahid ifadə verib.

İclasda ifadə verən şahid Rüstəm Süleymanov Nərmin itkin düşdüyü müddətdə İlkinlə birlikdə toya getdiklərini deyib. Onun sözlərinə görə, İlkinlə gecə saat 1-ə kimi toyda olublar. pizza sifarişi

Məhkəmədə ifadə verən digər şahid isə deyib ki, Nərmin Quliyevanın meyiti tapılmamışdan iki gün əvvəl İlkin Süleymanov və atası İbrahim Süleymanovla birgə yas mərasiminə gediblər:

“İlkin evdə oğurluq uşaq saxlasaydısa, nəyə görə yas yerinə gedirdi? Yas yerinə bir evdən bir nəfərin getməsi hər halda kifayət edərdi. Bundan başqa, yanmış meyit tapılan gün də İlkin Süleymanov Gəncədə yas yerində olub”.

Proses iyunun 7-də davam etdiriləcək.APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!