İllərdir soğanı səhv yeyirik – “Bütün vitaminlərini itirir”

saytların hazırlanması

Evə çatdırılma

İllərdir soğanı səhv yeyirik – “Bütün vitaminlərini itirir”

Maraqlı

13 Dekabr 2022 10:32 2641


Sağlamlıq baxımından faydalı tərəvəz olan soğan yeməklərin əvəzolunmazıdır. Həm çiy, həm də bişmiş soğanın bir çox faydası var. Bununla belə, mütəxəssislər soğanın qida dəyərini itirməməsi üçün onun istifadəsinə diqqət yetirilməli olduğumuzu bildirirlər.

Orqanizm üçün bir çox faydası olan soğan xüsusilə, qışda immunitet sistemini gücləndirir və xəstəliklərdən qoruyur.

Yenisabah.az xəbər verir ki, dietoloq Berna Ertuğ məsələni ətraflı şəkildə izah edərək “təbii antibiotik” təsiri olan soğanın faydalarından danışıb. pizza

Soğan şüyüd və sarımsaq kimi allium bitki ailəsinə aiddir. Bu tərəvəzlər ölərinə məxsus kəskin ətirə və bəzi müalicəvi xüsusiyyətlərə malikdir. Hər kəsə məlumdur ki, soğan doğramaq göz yaşına səbəb olur. Bununla belə, soğan sağlamlıq üçün çox faydalıdır. Soğanın müxtəlif növ xərçəng riskini azaltmaq, əhval-ruhiyyəni yaxşılaşdırmaq, dəri və saç sağlamlığını qorumaq kimi mühüm faydaları var.

Cəmiyyət olaraq soğanı saxlayarkən ən çox edilən səhvlərdən biri də onları kartofla eyni yerdə saxlamaqdır. Çünki kartofun buraxdığı nəmlik soğanın cücərməsinə və çürüməsinə səbəb olur. Quru soğanın sərin və quru yerdə saxlanması onların uzun müddət təzə qalmasını təmin edir. Yarımçıq qalan soğanları şüşə qaba qoyaraq soyuducuda saxlamaq olar. Təzə soğanı soyuducuya yaş qoymaq da edilən digər səhvlərdən biridir. İlk növbədə təravətini itirmiş yarpaqlar varsa, onları təmizləyib daha sonra kağız dəsmallara büküb soyuducuda saxlamaq lazımdır. Bu şəkildə təzə soğan daha uzun müddət saxlanıla bilər.

Ən böyük səhvlərdən biri də soğanı yağda qovurmaqdır. Yağda qızartma zamanı yağ yanır. Yağ yandırıldıqca daha çox kanserogen maddələr ortaya çıxır. Soğanla bişirilərkən bütün tərəvəzlər qazanda birlikdə çiy bişirilməlidir. Bişirmə zamanı tərəvəzlərin buraxdığı su ilə soğan artıq bişmiş olur. Ət xörəyi bişirilərkən, ət qızardarkən ətin qalan suyu ilə soğan bişirilməlidir.

Soğan mədə və bağırsaq həssaslığı olan şəxslərdə narahatlıq yarada bilər.

Qıcqırma, qastrit kimi xəstəlikləri olanlar soğan yedikdə bu həssaslığı ciddi şəkildə artıra bilər. Soğan çox liflidir və tərkibində kükürd yüksəkdir, buna görə də qaz kimi mədə-bağırsaq şikayətlərini artıra bilər. Şikayətlərin yaranmasında soğan qabığı da rol oynaya bilər. Mədə və bağırsaq həssaslığı olanlara çiy soğan yerinə bişmiş soğan yemələri tövsiyə olunur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!