İllərin qisası bir gündə alındı:   Dayısını öldürənin qanını tökdü

saytların hazırlanması

Evə çatdırılma

İllərin qisası bir gündə alındı: Dayısını öldürənin qanını tökdü

Hadisə

16 İyun 2024 18:31 485


Ordubadın Unus kəndinin qətldə təqsirləndirilən sakini haqqında həbs qətimkan tədbiri seçilib.

Yenisabah.az “Report”a istinadla xəbər verir ki, 1974-cü il təvəllüdlü İbrahim Əsədulla oğlu Tağıyevə bıçaq xəsarəti yetirərək onun qətlində təqsirli bilinən həmkəndlisi, 1976-cı il təvəllüdlü Bəxtiyar Sərdar oğlu Rəsulov həbs olunub.

Belə ki, Ordubad Rayon Məhkəməsinin qərarına əsasən onun haqqında dörd aylıq həbs qətimkan tədbiri seçilib. pizza sifarişi

Qeyd edək ki, hadisə qisas zəminində törədilib. Bir neçə il əvvəl İ.Tağıyev B.Rəsulovun dayısını qətlə yetirib və buna görə həbs olunub. Hadisə də bu səbəbdən baş verib.

Ordubad Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!