“İlonun sonuncu iş günüdür” - Tramp

saytların hazırlanması

Evə çatdırılma

“İlonun sonuncu iş günüdür” - Tramp

Dünya

30 May 2025 09:37 345


Mayın 30-u milyarder İlon Maskın ABŞ Hökumətinin Səmərəliliyi Departamentinin (DOGE) rəhbəri vəzifəsində son günü olacaq.

Yenisabah.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp "Truth Social" sosial şəbəkəsindəki səhifəsində məlumat verib.

"Bu gün Oval kabinetdə İlon Maskla mətbuat konfransı keçirəcəyəm. Bu, onun son iş günü olacaq.Ağ Evdə görüşənədək", - ABŞ lideri yazıb. pizza sifarişi

Bundan əvvəl ABŞ-nin ticarət naziri Hovard Lutnik bildirmişdi ki, Mask ABŞ prezidenti Donald Tramp administrasiyasını tərk etdikdən sonra  dövlət başçısının yaxın çevrəsində qalacaq. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!