Ali Məhkəmə İlqar Məmmədova bəraət verdi

saytların hazırlanması

Evə çatdırılma

Ali Məhkəmə İlqar Məmmədova bəraət verdi

Siyasət

23 Aprel 2020 11:20 897


Ali Məhkəmənin bu gün keçirilən plenum iclasında REAL sədri İlqar Məmmədovun cinayət işi üzrə şikayətə baxılıb.

Yenisabah.az-ın APA-ya istinadən məlumatına görə, prosesdə qərar elan olunub.

Qərara əsasən, İ. Məmmədov barəsindəki cinayət işinə bəraətverici əsaslarla xitam verilib. pizza

İ. Məmmədovun vəkili Fuad Ağayev faktı təsdiqləyib.

Qeyd edək ki, İlqar Məmmədov 2013-cü il yanvar ayının 24-də İsmayıllıda baş vermiş kütləvi iğtişaşların təşkilində ittiham olunub. Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il azadlıqdan məhrum edilib. O, 2018-ci il avqustun 13-də Şəki Apelyasiya Məhkəməsinin qərarı ilə azadlığa buraxılıb, cəzanın çəkilməmiş hissəsi şərti hesab olunub.

İlqar Məmmədov Ali Məhkəməyə kassasiya şikayəti verərək barəsində bəraət hökmünün çıxarılmasını tələb edib.

Ali Məhkəmədə onun şərti cəzası ləğv edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!