İlqar Məmmədovdan Zahid Oruca:   “Ona deyin...”

saytların hazırlanması

Evə çatdırılma

İlqar Məmmədovdan Zahid Oruca: “Ona deyin...”

Siyasət

19 Oktyabr 2025 12:43 658


“Ana müxalifət lideri Zahid Oruc ard-arda 3 prezident seçkisində İlham Əliyevə rəqib kimi çıxış etmişdi. Son 2 dəfə hətta ikinci yer tutmuşdu. İndi deyir guya İlham Əliyevin tərəfdarıdır. Heç inandırıcı gəlmir”.

“Yeni Sabah” xəbər verir ki, bunu REAL Partiyasının keçmiş sədri İlqar Məmmədov sosial şəbəkə hesabında yazıb.

“Adam 1 dəfə yox, 3 dəfə dirənmişdi ki, özüm prezident olacam. Axırda 107 min 632 vətəndaş onun İlham Əliyevdən daha yaxşı dövlət başçısı olacağına inanaraq səs də vermişdi. Ayıbdır, ona deyin heç olmasa 3 seçkidə davamlı olaraq bu etimadı ona göstərmiş insanların ürəyini qırmasın, mövqeyində bərk dayansın”, - siyasətçi bildirib. pizza

O, fikirlərini belə davam etdirib: “Yuxarıdakı yazı, parallel dünyada yazılmış bir statusa oxşayır, deyilmi? Real olmayan dünyanın hadisələrini dövlətin tarixdə qalacaq sənədlərinə gerçəklik əvəzinə yazdıranlar utansınlar”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!